SLOVENİYA ŞENGEN VİZASI 

Vizam.az 09 dekabr 2020 291 baxış 6 dəq. oxu

Rəngarəng şəhər axitekturaları, memarlıq incilərinə çevrilmiş qalaları, gözəl mənzərələrə sahib gölləri, füsunkar təbiəti ilə Avropanın nağıllar aləmini xatırladan bir digər ölkəsi olan Sloveniyaya səyahət planlayırsınızsa, Sloveniya Şengen vizasını əldə edərək unudulmaz səyahətinizi reallaşdırmaq üçün ilk addımı ata bilərsiniz. Əgər sizin Sloveniyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət etmək istəyirsinizsə, Sloveniya Şengen qonaq vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət zamanı sizə hansı sənədlərin lazım olacağı, dəvət məktubu və ümumi viza proseduru haqqında ətraflı məlumatı bu məqalədən oxuya bilərsiniz.

Sloveniya Viza Növləri

Şengen ölkələrindən bir digəri olan Sloveniyaya olan qısamüddətli səyahətinizi Sloveniya Şengen vizası əldə edərək həyata keçirdə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Sloveniyada müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya Sloveniyada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Sloveniya milli vizasına da müraciət edə bilərsiniz.

Qısamüddətli ziyarətinizi reallaşdırmaq üçün siz Sloveniya Şengen vizasının “qonaq vizası” növünə müraciət edirsiniz. Qeyd edək ki, qısamüddətli qonaq vizası sizə Sloveniyada daimi yaşamaq hüququ vermir, viza sizə qısamüddətli ziyarətinizi reallaşdırmağınız üçün verilir.

Sloveniya Şengen Vizası

Sloveniya Şengen vizası da digər Şengen vizaları kimi təkgirişli və çoxgirişli ola bilir. Eyni zamanda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Sloveniya Şengen vizasını əldə etmək sizə istənilən Şengen ölkəsinə səyahət edə bilməyiniz üçün şans yaradır. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Sloveniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Sloveniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Sloveniya Şengen vizasına müraciət etdiyiniz təqdirdə səyahət müddətiniz ərzində ən çox qalacağınız ölkə kimi Sloveniyanı göstərməlisiniz.

Sloveniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Sloveniya Şengen qonaq vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  7. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti) 
  8. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  9. Səyahətiniz üçün aldığınız aviabiletlərin ödəniş vauçerləri
  10. Səyahətiniz üçün bron etdiyiniz və ya aldığınız otellərin vauçerləri
  11. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Ziyarət edəcəyiniz şəxs tərəfindən sizə göndərilmiş dəvət məktubu (Ətraflı şəkildə aşağıda qeyd olunub)
  14. Sizi dəvət edən şəxsin Sloveniyada yaşama hüququnu bildirən sənəd (oturum izni, milli vizası və s.)
  15. Əgər sizi dəvət edən şəxslə ailəvi bağınız varsa, bunu təsdiq edən sənəd (məsələn, övladınızdırsa, doğum haqqında şəhadətnaməsi, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.)

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər.

Sizə göndərilən dəvət məktubu Sloveniya Miqrasiya Xidməti (Şəhər şurası) tərəfindən təsdiqlənmiş rəsmi sənəd olmalıdır və üzərində mütləq dəvət edən şəxsin adı, soyadı, yaşadığı ünvan, əlaqə vasitələri, dəvət olunan şəxsin detalları, qalacağı müddət, harada qalacağı və s. ətraflı şəkildə bildirilməlidir. Həmçinin, dəvət məktubunda dəvət edən şəxsin imzası da yer almalıdır. Əgər siz dəvət edən şəxsin evində qalacağınızı göstərirsinizsə, bu halda səfirlik sizdən evlə bağlı əlavə sənədlər (evin icarə kontraktı, kommunal ödənişlərin sənədləri) də tələb edə bilər.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 2.000-4.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Əgər xərcləriniz sizi dəvət edən şəxs tərəfindən qarşılanırsa, bu nüans mütləq şəkildə dəvət məktubunda qeyd olunmalıdır. Bu halda həmin şəxsin maddi vəziyyətini təsdiq edən sənədlər (iş yerindən arayış, bank hesabından son 3-6 aylıq çıxarış və s.) təqdim olunmalıdır.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınıza və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Otel və Aviabilet

Sloveniya vizasına müraciət zamanı siz ümumi səyahətinizi əhatə edən uçuş biletləriniz və otel rezervasiyalarınız üçün etdiyiniz ödənişlərin vauçerlərini (qəbzlərini) səfirliyə təqdim etməlisiniz. Yəni, biletlərin və otellərin ödənişsiz halda bronları və rezervasiyaları səfirlik tərəfindən sənəd qəbulu zamanı qəbul olunmur. Əgər vauçerləri müraciət zamanı səfirliyə təqdim etməsəniz, sənədləriniz səfirlik tərəfindən geri qaytarılacaqdır. Əgər siz yalnız Sloveniyada deyil, digər Şengen ölkələrində də qalacağınızı göstərirsinizsə, bu halda bütün göstərdiyiniz ölkələrdəki qalacağınız otellərə rezervasiyanız üçün etdiyiniz ödənişlərin vauçerlərini də səfirliyə təqdim etməlisiniz. Siz qalacağınız yeri Airbnb üzərindən rezervasiya etdiyiniz təqdirdə isə Airbnb tərəfindən sizə göndərilən rezervasiyanızı təsdiq edən sənədi, Airbnb tərəfindən sizə göndərilən ödəniş çeki və Airbnb rezervasiyası üçün ödəniş etdiyiniz bank kartından çıxarışı səfirliyə təqdim etməlisiniz.

 Viza Proseduru

Sloveniya Şengen vizası üçün müraciət Latviya Səfirliyinin VFS Global adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Latviya səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 14:00-dan 18:00-dək Sloveniya VFS Global viza müraciət mərkəzinin +994 12 436 67 78 telefon nömrəsi ilə əlaqə saxlamaqla təyin etmək mümkündür.

Sənədləri təqdim etmək üçün əvvəlcədən görüş təyini mütləqdir. Lakin, əlavə 144 AZN ödəniş etməklə “Premium Lounge” xidmətindən istifadə edib görüş təyin etmədən növbədənkənar sənədləri təqdim etmək mümkündür.

Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla, bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə notarial qaydada etibarnamə verdikləri halda şəxsən iştirakları mütləq deyil.

Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:

  • Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
  • 12 yaşdan aşağı uşaqlar
  • Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
  • Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
  • Sloveniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)

Sloveniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10-15 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Sənədləri təqdim edərkən 35 avro viza rüsumu və viza mərkəzinin xidmət haqqısı olan 53 AZN ödənilir. Rüsumlar yalnız nəğd şəkildə qəbul olunur. Viza rüsumu avro, viza mərkəzinin xidmət haqqı isə manatla qəbul edilir.

Sloveniya Şengen Vizası Alma Ehtimalı

Hər bir ölkənin viza müraciətində olduğu kimi Sloveniyada da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Sloveniya Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslərin təcrübəmizdə dəfələrlə Sloveniya Şengen vizasını əldə etdiyi görülmüşdür. Yəni, Sloveniya vizası səyahət tarixçələri olmayan şəxslərə ilkin müraciət üçün nisbətən yaxşı seçimdir. Əlbəttə ki, daha öncə Şengen vizalarınızın olması sizin Sloveniya Şengen vizası alma şansınızı da hər bir halda artıran bir nüansdır.

Qonaq vizası zamanı sizi dəvət edən şəxslə yaxın qohumluğunuzun olması və bunu təsdiq edən sənədləri səfirliyə təqdim etməyiniz, həmçinin özünüz və sizi dəvət edən şəxslə bağlı verdiyiniz sənədlərin düzgünlüyü və dolğunluğu sizin viza alma şansınıza müsbət təsir göstərir.

Sloveniyaya Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Sloveniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin və otellərinizin alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Sloveniya Şengen qonaq vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 49 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Avropanın bu füsunkar ölkəsini kəşf etməyin vaxtıdır! Xoş səyahətlər!

Oxşar yazılar:

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Lixteynşteynə biznes vizası – Avropanın kiçik ölkəsinə biznes

Avropada İsveçrə ilə Avstriyanın sərhədində yerləşən Lixtenşteyn ölkəsi ərazisinə görə dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, səyahət üçün bir çox turistin marağındadır. Turistlərdən əlavə isə, ölkəyə il ərzində bir çox biznesmen də işgüzar səfərlər həyata keçirirlər. Əgər siz də Lixtenşteynə bu məqsədlə səyahət edib həm işinizi görmək, həm də gəzib bu ölkəni öz gözlərinizlə görmək istəyirsinizsə, Lixtenşteyn biznes (işgüzar səfər) […]

Vizam.az 10 dekabr 2020
YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

YUNANISTAN BİZNES VİZASINI ALMAQ ÜÇÜN BİLMƏLİ OLDUQLARINIZ

Hər il 30 milyondan çox turistə ev sahibliyi edərək dünyanın ən turistik ölkələrindən biri hesab olunan Yunanıstan. Coğrafiyası, dəniz sahilləri, adaları, tarixi və mədəniyyəti, görkəmli abidələri ilə səyahətçilərin qəlbində taxt qurmuş ölkələrdən biri. Belə bir fakt mövcuddur ki, yay aylarında Yunanıstanda yunanlardan daha çox əcnəbi turist olur. Turistlərlə yanaşı, ilin müxtəlif dövrlərində ölkəyə bir çox biznes […]

Vizam.az 10 dekabr 2020
DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

DANİMARKAYA TURİST VİZASI İLƏ SƏYAHƏT

Avropanın valehedici ölkələri siyahısında başlarda gələn, hər il milyonlarla turistin xoş bir istirahət üçün üz tutduğu Danimarka. Başda paytaxtı Kopenhagen olmaqla, bütün ölkəni bəzəyən rəngarəng, fərqli arxitekturadakı tikililəri və abidələri, mədəniyyəti və incəsənəti, turistik bölgələri ilə soyuq iqliminə baxmayaraq, bütün səyahətçilərin qəlbini isidən və gözünü oxşayan bu ölkəyə Danimarka Şengen vizasıyla getmək mümkündür. Turizm üçün ideal […]

Vizam.az 10 dekabr 2020
KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

KİÇİK ÖLKƏYƏ BÖYÜK SƏYAHƏT – LÜKSEMBURQ BİZNES VİZASI

Lüksemburq ərazi cəhətdən Avropanın və dünyanın ən kiçik ölkələrindən biri hesab olunsa da, hər il bir milyondan çox turisti cəlb edəcək marağa və cazibəyə sahib bir ölkədir. Yaşıl və təmiz təbiəti, kiçik ölkənin gətirdiyi üstünlük olan sakitlik və rahatlıq turistlərin bu ölkəyə üz tutma səbəblərindən bir neçəsidir. Lüksemburq həmçinin, biznes məqsədilə də tez-tez səfər edilən ölkədir. Siz də […]

Vizam.az 10 dekabr 2020
BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

BİRLƏŞMİŞ KRALLIĞA BİZNES VİZASINI ALMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Avropanın ən çox üz tutulan ölkələrindən biri, dünyanın bəlkə də ən görkəmli və məşhur adası – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Özündə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya ölkələrini birləşdirən Britaniya Krallığı hər il ümumilikdə 40 milyondan çox turisti qonaq edir. Turist axınından əlavə isə, ölkəyə həmçinin, minlərlə biznes səfər də reallaşdırılır. Əgər siz də Birləşmiş Krallığa səyahət edib həm […]

Vizam.az 10 dekabr 2020
BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI 

Gerçək səyahətsevərlərin üz tutduğu, Avropanın buz adası İslandiya. Təbiətinin və coğrafiyasının mükəmməlliyindən əlavə, gözəl mənzərələri, qeyzerləri, dağları, auroraları və sahib olduğu daha bir çox özünəməxsus özəllikləri ilə İslandiya bir çoxları üçün ideal səyahət deyildikdə ağla gələn ilk ölkələrdən biridir. Turistik səyahət üçün ideal olan bu ölkəyə həmçinin, biznes səfərlər də tez-tez təşkil olunur. Əgər siz də İslandiyaya səyahət edib […]

Vizam.az 10 dekabr 2020
AVSTRALİYA VİZASI NECƏ ALINIR?

AVSTRALİYA VİZASI NECƏ ALINIR?

Dünyanın bir ucuna, ayrıca bir qitəyə – Avstraliyaya səyahət edib bu unikal və əsrarəngiz coğrafiyanı kəşf etmək bir çox şəxsin arzusudur. Təbiəti, okean sahilləri, paytaxt Kanberra, Sidney, Melburn kimi şəhərləri, heyvanlar və botanika aləminin unikallığı, abidələri və sadalamaqla bitməyəcək digər özəllikləri ilə səyahətsevər insanların ən böyük turizm hədəflərindən birinə çevrilmiş Avstraliya! Sizin də hədəfiniz bu […]

Vizam.az 10 dekabr 2020
POLŞA ŞENGEN VİZASI 

POLŞA ŞENGEN VİZASI 

Avropanın istənilən ölkəsi turizm üçün əla məkan hesab oluna bilər. Ancaq bu ölkələrin siyahısında Polşanı həm bizim səyahətçilərimiz, həm də dünya turizmi üçün ön plana çəkən amillər boldur. Paytaxt Varşavadan əlavə Krakov, Poznan, Qdansk və bir çox şəhərlərdə rast gələ biləcəyiniz Polşanın özünəməxsus, spesifik arxitekturası, təbiətinin gözəlliyi, mədəniyyəti və incəsənəti turistləri özünə cəlb etməkdə olduqca uğurludur. Əgər sizin Polşada yaşayan […]

Vizam.az 10 dekabr 2020
NORVEÇ QONAQ VİZASI 

NORVEÇ QONAQ VİZASI 

Bütün səyahətçilərin xəyallarını bəzəyən, şəkillərdə qarlı, şaxtalı, sakit təbiətinin və coğrafiyasının gözəlliyi ilə hər kəsi özünə aşiq edən Norveç. Artıq Norveçi şəkillərdən yox, öz gözlərinizlə görməyin vaxtının gəldiyini düşünürsünüzsə, sadəcə bir Norveç Şengen vizası bu arzunuzu reallığa çevirə bilər. Əgər sizin Norveçdə yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz həm bu gözəl ölkəni gəzmək, həm də onu ziyarət […]

Vizam.az 10 dekabr 2020
HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

HOLLANDİYA QONAQ VİZASINA MÜRACİƏT

Ölkəsində narıncının hökm sürdüyü, amma şəhərlərindəki bütün rənglərin ahənginin ortaya möhtəşəm bir mənzərə çıxardığı, incəsənəti  və mədəniyyəti, xüsusilə də muzeyləri ilə bütün dünyada məşhur olan Hollandiya! İl ərzində 20 milyondan çox turist Hollandiyaya səyahət edərək unudulmaz anlar yaşayır. Əgər sizin Hollandiyada yaşayan ailə üzvünüz və ya dostunuz varsa və siz onu ziyarət etmək istəyirsinizsə, Hollandiya Şengen vizasına müraciət edə bilərsiniz. Qonaq vizasına müraciət […]

Vizam.az 10 dekabr 2020